8 İyul 2019 13:23
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, fəal İran İnqilab Məhkəməsininin qərarı ilə 8 il azadlıqdan məhrum edilib.

Bundan başqa Lisaniyə ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilmək cəzası verilib.

Əlvə edək ki, Abbas Lisani bu ilin yanvar ayında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb.

O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyətləri icra etmək kimi qondarma ittihamlarla mühakimə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər