10 İyul 2019 14:20
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən su anbarından Bakının şərq hissəsinə yeni magistral kəmərin çəkilməsi nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı layihə mövcuddur, lakin onun reallaşdırılması investisiya qoyuluşu imkanlarından asılıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər