10 İyul 2019 16:03
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı şəhər sakinlərinin Bakı şəhəri ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbulunu elan edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, 01.08.2019-cu il tarixinədək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 sm və yuxarı şəxslər 12-13 iyul 2019-cu il tarixlərində Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi, 40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər