11 İyul 2019 00:44
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarnda Neftçala rayonunun ərazisində - çimərlik yerləşən Müşfiq kəndində baş verən qəzada 6 nəfər xəsarət alıb.

Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, çimərlikdən qayıdan “Mercedes” markalı avtomaşının idarəetməni itirərək aşması nəticəsində Neftçala rayonu Bankə qəsəbəsinin Seyidlər məhəlləsinin bir-birinə qohum olan, biri azyaşlı uşaq olmaqla, 6 nəfər sakini müxtəlif dərəcəli xəsarətlərlə Neftçala Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub:

1. 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu --sürücü

2. 1985-ci il təvəllüdlü Ağasiyev Tahir Əflatun oğlu

3. 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu

4. 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu

5. 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğlu

6. 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu

***

Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. "Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmyaraq 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlunun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Teleqraf.com