10 Sentyabr 2014 16:35
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan Vidadi İsmayılovu yaxşı tanıyıram. Əvvəllər Qafqaz universitetidə fotoqraf idi, son illər isə “Aztelekom” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi - fotoqraf idi”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.

Onun qeyd etdiyinə görə, həm universitetdə, həm “Aztelekom”da tədbirlərdə görüşürdük, orada şəkillərimi o çəkib:

“Qarabağ müharibəsinin iştirakçısı olduğu bilirdim, ancaq bunu heç vaxt vurğulamırdı. Xasiyyətcə çox mehriban, dəyərli bir insandır.

Respublika yanıq mərkəzində mülicə olunduğunu mətbuatdan oxudum. Dünən yanına getmək istədim. 5 saylı şəhər xəstəxanasının baş həkimi Ziya həkimə zəng etdim, vəziyyəti ilə maraqlandım, xəstənin yanına gəlmək istədiyimi bildirdim.

Baş həkim Vidadinin bədəninin çox yandığını, vəziyyətinin hələ ağır olduğunu, o səbəbdən yanına heç kəsin buraxılmadığını bildirdi. Eyni zamanda bildirdi ki, çoxları zəng edir, maraqlanır, yanına gəlmək istəyirlər.

Təkid eləmədim. “Aztelkom”a zəng etdim. Oradan bildirdilər ki, Vidadi partlayışdan dərhal sonra dağınıtı altında özünə güc taparaq “Aztelekom”a zəng edib, dağıntı altında qaldığını bildirib”.

Millət vəkili qeyd edib ki, bu zəngdən dərhal sonra rabitəçilər bütün imkanlarını səfərbər ediblər, dağıntı yerinə gediblər:

“Hazırda da ailəyə maksimum köməklik göstərilir. Tez sağal, Vidadi, sənin gülər üzün, mehribanlığın əvəzedilməzdir. Allah sənə şəfa versin”.

Xatırladaq ki, Xırdalanda sentyabrın 8-də qaz sızması nəticəsində bina partlayıb. Nəticədə 9 nəfər yaralanıb, 2 nəfər həlak olub.


Müəllif:

Oxşar xəbərlər