Mədəniyyət Nazirliyi xalq artisti Yalçın Rzazadənin səhhətinin pisləşməsi barədə xəbərə münasibət bildirib.
Qurumun mətbuat katibi İntiqam Hümbətov Kult.az-a açıqlamasında nazirliyin lazımi tədbirlər görəcəyini söyləyib.
“Yalçın bəyin səhhətinin pisləşməsi haqqında indi məlumat almışıq. Bu barədə müvafiq şöbələrə məlumat veriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, səhhəti pisləşən xalq artisti Y.Rzazadə laqeyd münasibətdən gileylənmişdi