Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Məlumata görə, o, ötən gün axşam saatlarında dünyasını dəyişib. Mərhum bu gün torpağa tapşırılacaq. Onunla vida mərasimi Şüvəlan qəsəbəsində keçiriləcək.