16 İyul 2019 11:07
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadənin vəziyyəti ağır olaraq qalır.

Bu sözləri Kult.az-a xalq artistinin oğlu Mətin Rzazadə deyib.

“Hazırda Türkiyədə müalicəni davam etdiririk. Analizlər götürülüb və Amerikaya göndərilib. Nəticələrə baxandan sonra yəqin ki, əməliyyat olunacaq. Düşünürəm ki, müalicə azı 3-4 ay çəkəcək”, – M.Rzazadə bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər