İyulun 21-də R.Behbudov adına Dövlət Mahnı Teatrında şair Akif Səmədin 60 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi və Qazax Xeyriyyə İctimai Birliyidir.
Gecənin birinci hissəsində ədəbiyyat adamları ilə yanaşı rəsmi qonaqlar, UASB başqanı, şair Ümit Yaşar İşıkhan və UASB Amerika təmsilçisi, yazıçı Tulay Pırlant da iştirak edəcək.
İkinci hissədə şairin yaradıcılığından nümunələr səsləndiriləcək və musiqili qonaqların çıxışları yer alacaq.