Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat yayıb.
O qeyd edib ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev vəzifəsindən azad edilərək şikayətlərin araşdırılması şöbəsinin rəisi təyin olunub. Onun yerinə isə telejurnalist Ceyhun Səfərov gətirilib.
Ceyhun Səfərov bu təyinatadək ATV kanalında “Son xəbər” proqramının aparıcısı olub.