16 İyul 2019 18:09
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf.com-a bildirib ki, yaxın 3 gün ərzində Bakıda havanın temperaturunun dəyişməyəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

O bildirib ki, bu günlərdə paytaxtda əsasən, axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əsəcək.

Gülşad Məmmədova qeyd edib ki, həmçinin bölgələrdə dolu yağacağı ehtimalı var:

"Ümumilikdə bölgələrdə temperatur 33-38, paytaxtda isə 30-35 dərəcəyə qədər yüksələcək".


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər