17 İyul 2019 16:43
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 8 gənci iştirakçı qismində Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edib.

Teleqraf.com xəbər verir ki, layihənin mövzusu “İnsan hüquqları, Cəmiyyətdə mövcud olan önyarğıların müəyyən edilməsi” olub.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, müzakirələr, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və öz fikirlərini yaradıcı şəkildə ifadə etmə bacarıqlarını formalaşdırması üzərində çalışıblar. İştirakçılar önyarğıların mənfi tərəflərini və dəyişmək üçün nə etmək lazım olduğuna dair “workshop” hazırlayıb, eyni zamanda komandada işləmə bacarıqlarını təkmilləşdiriblər.

“İrəli” gəncləri ictimai birliyin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim ediblər. Eyni zamanda tariximizi əks etdirən suvinerlər təqdim edən “İrəli”-nin gənc fəalları 5 ölkədən olan layihə iştirakçılarına Azərbaycan həqiqətləri haqqında məlumat veriblər.


Müəllif: Mənsur Rəğbətoğlu