19 İyul 2019 16:07
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən monitorda şübhəli predmetlərin təsvir görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş irihəcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4 312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər