19 İyul 2019 16:45
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif edilib.

Mükafat ali təhsil ocağının rəhbərinə Milli Mətbuat Günü ilə əlaqədar universitetdə təşkil olunan mərasimdə təqdim olunub.

Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin birinci katibi Rövşən Cəfərov medala layiq görülməsi münasibəti ilə Xalq yazıçısı Kamal Abdullanı təbrik edib. O deyib ki, Azərbaycanın və dilimizin dünyada tanıdılmasında akademik Kamal Abdullanın böyük rolu var.

Əlamətdar yubiley medalına layiq görülməsi münasibəti ilə fikirlərini bölüşən rektor Xarici İşlər naziri Elmar Məmmədyarov və Nazirliyin kollektivinə təşəkkürünü bildirib.

O deyib ki, “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif olunmasının onun üçün xüsusi əhəmiyyəti var./report/


Müəllif: Teleqraf.com