20 İyul 20:30

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən bu ilin abituriyentlərinin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bu gün saat 10:20-dək kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 381 abituriyentin ərizəsi təsdiqlənib.

Qeyd edək ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5-dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.


Müəllif: Teleqraf.com