Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Bu tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu”adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı R. Zamanov, N. Məmmədov, F.Məmmədov, R. Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.
Qeyd edək ki, bundan əvvəl Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanları cərimələnmişdi.