22 İyul 2019 17:25
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Novruz Məmmədov Milli Mətbuat günü münasibətilə jurnalistlərə təbrik ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir Tvitter mikrobloqunda bütün media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik etdiyini, onlara can sağlığı, məsuliyyətli işlərində daim uğurlar arzuladığını qeyd edib.

Novruz Məmmədov vurğulayıb ki, 144 yaşını qeyd edən Milli Mətbuatımızın ilk nümunəsi 1875-ci iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürüb: “O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayır”.

Baş nazirin fikrincə, müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır: “Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti var”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər