23 İyul 2019 16:32
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Murad Köhnəqala evlə təmin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə şairin özü məlumat verib.

“Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi. Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.

Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir. Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram”, - Murad Köhnəqala bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər