“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu Yorka uçuşları davam etdirəcək.
Teleqraf.com AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.
Beləliklə, Bakıdan Nyu Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
Qeyd edilib ki, Bakı-Nyu York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boinq 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək.