24 İyul 2019 10:46
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verəcək.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, imtahanlarda 3279 namizədin iştirakı gözlənilir.

Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Bugünədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.


Müəllif: Teleqraf.com