25 İyul 2019 13:55
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il müsabiqədə iştirak üçün ümumilikdə 54 min 687 namizəd müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanlarının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, 41 min 288 namizəd imtahanda iştirak üçün dəvət olunub:

"İmtahan mərhələsinin ilkin nəticələrinə əsasən, namizədlərdən 18 min 881 namizəd (46 faiz) imtahanda uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Uğur qazanan namizədlər arasında 3 nəfər imtahanda maksimal nəticə göstərib".

Nazir müavini imtahanlarda 21 min 375 namizədin ilk dəfə, 19 min 913 namizədin isə təkrar iştirak etdiyini bildirib:

"Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçənilki nəticələrdən daha yüksək nəticə qazanmağa nail olub. Əldə edilən nəticələrin 2 il müddətində qüvvədə olduğunu nəzərə alaraq, onlar builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və ya bu il əldə etdiyi nəticələrdən birini seçərək, iştirak edə biləcəklər".

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Elnur Məmmədov imtahanda texniki qüsur olan suallar barədə məlumat verib:

"Alman dilindən 66, Azərbaycan dilindən 11, Azərbaycan dili və ədəbiyyatdan 3997, biologiyadan 701, coğrafiyadan 979, fizikadan 565, fiziki tərbiyədəm 865, fransız dilindən 120, ibtidai sinifdən 4471, informatikadan 647, ingilis dilindən 1528, kimyadan 610, musiqidən 318, riyaziyyatdan 1563, rus dilindən 200, rus dili və ədəbiyyatdan 73, tarixdən 1167, təsviri incəsənətdən 401, texnologiyadan 598 nəfər növbəti mərhələyə vəsiqə qazanıb.

İmtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika üzrə ümumilikdə 5 min 340 sayda sualdan istifadə edilib.

Ekspert qrupu tərəfindən aparılan araşdırmalarda Azərbaycan bölməsində 20, rus bölməsində isə 9 sualda texniki qüsurlar aşkar edilib. Bununla bağlı müvafiq işlər görüləcək. Müəyyən hissə suallarda sualın məzmununda səhv olub və ya eyni sual bir test tapşırığında təkrar düşüb. Müəyyən suallarda isə iki düzgün cavab olması müəyyənləşib.

İyulun 26-da nəticələr namizədlərin elektron ünvanına göndəriləcək.

Bundan sonra iyulun 27-29 tarixlərində daxil olan apellyasiya müraciətlərə baxılacaq. Apellyasiyanın nəticəsi namizədlərin şəxsi səhifəsində avqustun 6-na qədər göndəriləcək.

33 nəfərin nəticələri ləğv edilib. Buna səbəb onların qaydaları pozması olub. Daha çox köçürmə halına yol verənlər, başqasına məxsus olan şəxsiyyət vəsiqəsi ilə imtaha qatılmaq istəyənlər və qadağan olunmuş rabitə vasitələri ilə imtahan zalına daxil olmaq istəyənlərin nəticələri ləğv edilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər