25 İyul 2019 13:35
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəli, məlumat doğrudur. Dünən gecə Xəzər dənizinə düşən MiQ-29 təyyarəsinin pilotu qızımın həyat yoldaşı, polkovnik-leytenant Rəşad Atakişiyevdir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, hələlik axtarışlar davam edir və bir yenilik yoxdur. Q.Hüseynli danışmaq imkanının olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin qızı Könül Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər namizədidir. Professorun digər övladı Toğrul da tanınmış pianoçudur.

Təqdim olunan fotoda Qabil müəllimin övladları - pilot Rəşad Atakişiyevin həyat yoldaşı olan qızı Könül və oğlu Toğrul əks olunub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər