Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.
Teleqraf.com-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan, guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır:
"Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".