27 İyul 2019 22:29
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 27-də paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında Fondun dəstəyi ilə müalicə olunan uşaqlarla görüşüb.

Bona Dea Beynəlxalq Hospitalı istər tibbi heyətinə, istərsə də maddi-texniki bazasına görə dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir.

Heydər Əliyev Fondunun dəstəyi ilə burada bu ilin may ayında 50, iyun ayında isə 42 uşaq müalicə alıb. Müalicə olunanlar əsasən serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Müalicə alan uşaqlardan 5-i əməliyyat olunub.

Əməliyyatdan sonra uşaqlara müvafiq müalicə kursu təyin edilib və onlar hazırda reabilitasiya kursu alırlar. Müalicə alanlar arasında anadangəlmə eşitmə qüsurlu uşaq da olub. Aparılan müalicə nəticəsində onun eşitmə qabiliyyəti bərpa edilib.

Burada müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim edildi.

Gələcəyimiz olan uşaqların sağlamlığının təmini Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən birini təşkil edir. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələr əhəmiyyəti ilə seçilir və davamlı xarakter alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər