“Jara” Beynəlxalq Musiqi Festivalı həm də Azərbaycanda turizmin inkişafına xidmət edir. Düşünürəm ki, bu, çox yaxşıdır. Bakıda beynəlxalq mədəniyyət, idman yarışlarının keçirilməsi şəhərə bütün dünyadan turistləri cəlb edir. Ümid edirəm ki, Bakı turistik bir mərkəzə çevriləcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının təşkilatçılarından biri, “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov deyib.
“Bizim çoxlu planlarımız var. Növbəti il “Jara” festivalının yubileyini qeyd edəcəyik. Tamaşaçıları yeni sürprizlər gözləyir,” - deyə S.Kojevnikov bildirib.
Azərbaycan və Rusiya xalqlarının bir-birinə çox yaxın olduğunu vurğulayan məşhur prodüser deyib: “Bizi, həmçinin musiqi birləşdirir. “Jara” festivalı xalqlarımız arasında körpü rolunu oynayır”.