29 İyul 2019 14:41
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbi tənqidçi, tərcüməçi Cavanşir Yusiflinin yeni tərcümə kitabı çap olunub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çap olunan kitab kanadalı yazıçı Marqaret Ətvudun “Yanmış evdə səhər yeməyi” seçmə şeirlər toplusudur.

“Yanmış evdə səhər yeməyi” toplusunda ön söz və poetik mətnlər iki dildə - həm orijinalda, həm də Azərbaycan dilində təqdim olunur.

Toplu “Mütərcim” nəşriyyatında çap edilib. Naşir və redaktor Səlim Babullaoğludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər