30 İyul 2019 13:51
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə ke­çi­rilən xidməti müşavi­rədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər