1 Avqust 2019 09:20
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” qərar qəbul edib.

Qərara əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi təsdiqlənib. Müəyyən edilib ki, Nazirlər Kabineti Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunda qeyd edilən səlahiyyətlərini həyata keçirir, Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu müəyyən edir.

Mərkəz dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanına əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırılmışdı. /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər