“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə silahlardan sınaq atışları yerinə yetiriblər.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqəyə hazırlıq dövründə komandalar yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.
Püşkatmanın nəticələrinə əsasən 21 ölkədən olan nümayəndələrin iştirakı ilə keçiriləcək müsabiqədə iştirak etmək üçün snayperlər tibbi yoxlamadan keçib və təhlükəsizlik qaydaları ilə tanış olublar.