Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adına hazırlanmış gəmi ilk səfərinə çıxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov məlumat verib.
İş adamı gəminin avqustun 5-də istifadəyə veriləcəyini bildirib:
“Avqustun 5-də böyük lider “Məhəmməd Əmin Rəsulzadə” gəmisi rəsmi olaraq ilk səfərinə çıxacaq. Azərbaycan sevgisi ilə yaşayan bütün insanlar dəvətlidir”.