5 Avqust 2019 13:18
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq İnformatika Olimpiadasının (IOI) əsas dəstəkçisi Azərbaycan hökumətidir. Buna baxmayaraq “Azercell”, “Paşabank” kimi şirkətlər də dəstəkçi qismində çıxış edir. Olimpiadanın rəsmi qlobal sponsoru isə “Acer” şirkətidir.

Teleqraf.com xəbər verir ki, bu barədə IOI-ın açılışına həsr olunmuş mətbuat konfransında bildirilib.

Şirkətin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və IOI əməkdaşlığından danışıb. O bildirib ki, rəsmi sponsor kimi çıxış etməkdən böyük qürur hissi keçirirlər:

“Biz olimpiada zamanı iştirakçıları noutbuklarla təchiz edəcəyik, həmçinin müvafiq serverlərin təminatını həyata keçirəcəyik. Bu, “Acer”in öz üzərinə götürdüyü 5 illik öhdəliyin artıq üçüncü ilinin icrasıdır. Öz üzərimizə infrastruktur təminatı ilə bağlı öhdəlik götürmüşük. İlk dəfə 2017-ci ildə İranda, 2018-ci ildə Yaponiyada, bu il Azərbaycanda, 2020-ci ildə Sinqapurda, 2021-ci ildə Misirdə keçiriləcək olimpiadada infrastruktur sponsor kimi çıxış edəcəyik.

Biz kompüter istehsalçı şirkəti kimi qarşımıza insanlarla texnologiyalar arasında maneələri aradan qaldırmaq missiyası qoymuşuq. Bu öhdəlik də həmin missiyanın tərfkib hissəsidir”.

Qriqori Nizovski qeyd edib ki, olimpiadadan sonra “Acer” şirkəti ADA Universitetinə və Təhsil Nazirliyinə 450 ədəd noutbuk hədiyyə edəcək. Bu noutbuklarla ADA Universitetinin iki yeni labarotoriyasının təchiz olunması, Təhsil Nazirliyinin isə rəqəmsal layihə həyata keçirməsi nəzərdə tutulub.


Müəllif: Səxavət

Oxşar xəbərlər