5 Avqust 2019 14:18
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq İnformatika Olimpiadasının (IOI) sualları xüsusi olaraq formalaşdırılmış elmi komitə tərəfindən tərtib olunub. Suallara yüksək səviyyəli mütəxəssislərin cəlb olunduğu komitə tərəfindən dəfələrlə baxılır. Buna görə də Beynəlxalq İnformatika Olimpiadası zamanı suallarla bağlı problemin yaranma ehtimalı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, olimpiada iki mərhələdən ibarət olacaq: “İlk müsabiqə mərhələsi sabah keçiriləcək. Bu zaman iştirakçılara 3 tapşırıq təqdim olunacaq. Potensial olaraq dördüncü tapşırıq da ola bilər. Bu 3 tapşırığın həll olunması üçün onlara 5 saat vaxt veriləcək. Birinci müsabiqə gününün axşamı nəticələr açılanacaq. Bu heyət avqustun 7-də asudə vaxt keçirəcək. Avqustun 8-də müsabiqənin ikinci günü olacaq. İkinci gün də onlara beynəxlaq elmi komitə tərəfindən tərtib edilmiş suallar təqdim olunacaq.

Bundan sonra hər iki iştirak gününün nəticələri təhlil olunacaq. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq olunacaq, avqustun 9-da isə nəticələrin rəsmən elan edilməsi gözlənilir. Hər bir müsabiqənin ümumi balı 300 olacaq. Ümumilikdə 600 bal olacaq”.

Ceyhun Bayramov qeyd edib ki, hər bir detal diqqətlə yoxlanılıb və yarışın keçirilmə hər hansı texniki problemin yaranma ehtimalı çox aşağıdır:

“Potensial olaraq hər hansı problemin olması ehtimalı çox aşağıdır. Belə bir ehtimal olsa belə bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək”.

Nazir yarışda Azərbaycanı təmsil edən komanda haqqında da danışıb: “Komandamıza 8 nəfər daxildir. Onlardan 4 nəfər əsas heyət, 4 nəfər əvəzedicidir. Bunlardan üçü fizika-riyaziyyat təmayüllü litseyin, biri isə Zərifə Əliyeva adına liseyin 10-11-ci sinif şagirdləridir”.

C.Bayramov qeyd edib ki, Azərbaycanda beynəlxalq olimpiadalardan başqa 8 fənn üzrə respublika olimpiadaları da keçirilir. O əlavə edib ki, şagirdlərin beynəlxalq olimpiadalara cəlbi, eyni zamanda istedadlı uşaqların erkən yaşda aşkarlanması üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir:

“Bizi çox geniş təmsilçilik maraqlandırır. Bu il ölkə üzrə keçirilən fənn olimpiadalarında və fənn müsabiqələrində ölkənin 52 rayonunu əhatə edən 33 min şagird iştirak edib. 2018-2019-ci ildən başlayaraq formalaşdırılmış respublika üzrə 51 pilot məktəb bu işin kütləviləşməsinə səbəb olub”.


Müəllif: Səxavət

Oxşar xəbərlər