Beynəlxalq İnformatika Olimpiadasının (IOI) qalibi olacaq məktəbliləri ADA Universitetinə dəvət edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılışına həsr olunmuş mətbuat konfransında xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
O qeyd edib ki, olimpiadada qalib olan şagirdlər universitetə dəvət olunacaq: “Universitet elmi şurasının sonuncu iclasında qərara gəldik ki, beynəlxalq olimpiada qalibləri qəbul zamanı üstünlük təşkil edəcək. Əgər bu olimpiadada iştirak edən Azərbaycan komandasının üzvləri qalib ola bilsələr onları universitetə dəvət edəcəyik. Onlar bizim universitetdə tam imtiyazlı təhsil ala biləcəklər”.