5 Avqust 2019 20:57
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkamül və İnteqrasiya beynəlxalq ictimai birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi” adlı layihənin icrasına start verib. Layihə barədə məlumat verən ictimai birliyin sədri Arzu Hüseyn bildirib ki, “Şərq xalqlarının incəsənət tarixinin ən maraqlı səhifələrindən birini də Azərbaycan xalq təbiqi- dekorativ və təsviri sənəti təşkil edir. Bu sahə qədim dövlərdən indiyə qədər çox maraqlı, zəngin inkişaf yolu keçərək təkmilləşmişdir.

Teleqraf.com xəbər verir ki, xalq təbiqi-dekorativ və təsviri sənət ustalarının müxtəlif zamanlarda yaratdıqları əl işləri tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi olaraq yaşayır və müasir dövrümüzdə bu sahə ilə məşğul olanlar üçün örnək olur. Bunlardan xalçaçılıq, bədii tikmə, dulusçuluq sənətlərini xüsusilə vurğulamaq olar.”

O bildirib ki, layihə çərçivəsində ilk tədbirlər 01-02 avqust tarixlərində İsmayıllı rayonunda təşkil edildi. Tədbirdə Regional Mədəniyyət şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana sizteminin nümayəndələri, yerli sənətkarlar, ustalar yaxından iştirak edib.

Arzu Hüseyn bildirib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən bu layihənin məqsədi ixtisas təhsili almamış, ancaq bədii yaradıcılığa meyilli olan istedadlı şəxslərin, həvəskar sənətçilərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilərək qiymətləndirilməsidir. Bu mənada həvəskarlar arasında təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçiriləcək seminarlar və sərgilər bu sahələrin inkişafı baxımından mühüm rol oynayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər