Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.