Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Agentlikdən Teleqraf.com-a daxil olmuş məlumatda deyilir:
"Hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
***
09:10
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.
Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb.
Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.