Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, masa üzərində Azərbaycan bayrağının tərsinə qoyulduğunu görən Kənd Təsərrüfatı naziri İnam Kərimov dərhal müdaxilə edib və bayrağımızı düzəldib.
Nazirin bu addımı diqqətdən yayınmayıb və sosial şəbəkələrdə təqdir olunub.