7 Avqust 2019 22:28
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəniz kuboku - 2019” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində hərbi dənizçilər “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələnin də qalibi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası olub.

Qərara əsasən Azərbaycan hərbi dənizçiləri birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü, İran isə dördüncü yerə layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər