8 Avqust 2019 12:05
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda müşahidə olunan hava şəraiti və nisbətən mülayim temperatur göstəriciləri avqust ayı üçün səciyyəvi deyil. Belə temperatur rejiminə sentyabr ayının I ongünlüyünün sonu, II ongünlüyündə daha çox rast gəlinir”.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Dünən paytaxtda maksimal temperaturun 26-28 dərəcə təşkil etdiyini bildirən Nazirlik rəsmisinin sözlərinə görə, son 15 il ərzində avqust ayında daha çox qızmar, isti günlər üstünlük təşkil edib.

O bildirib ki, son 15 il ərzində avqust ayının I ongünlüyündə belə yağışlı hava şəraiti Bakıda 2009 və 2013-cü illərdə qeydə alınıb.

U. Tağıyeva qeyd edib ki, bu il avqust ayında hava şəraiti qeyri-sabit keçir: “Hazırda müşahidə olunan temperatur çox illik norma göstəricilərindən 2 dərəcə aşağıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər