Zaqatala stansiyasindan 16 kilometr cənub-qərbdə - Zaqatala ərazisində 4.3 maqnituda gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə ki, yeraltı təkanlar yerli vaxtla saat 07:29-da qeydə alınıb.
Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.