15 Avqust 2019 14:44
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əmək haqqındakı artım faizinə deyil, illik infilyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik. Eyni zamanda. rəsmi illik infliyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman infilyasiya səviyyəsi daha yüksək olur:

“Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə infilyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi. Təbii ki, bəzi illərdə nominal orta aylıq əmək haqqıdakı artım infilyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq infilyasiya səviyyəsi əmək haqqı artımından daha çox olur və bu indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə infilyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əmək haqqıda artım 5.7 faiz olmuşdu.

Azərbaycan Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” dünən imzaladığı fərmana əsasən qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Belə ki, yeni dəyişiklilərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin infilyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik infilyasiya səviyyəsi 6 faizdirsə o zaman həmin məbləğə 600 manat əlavə olunacaq”.

Vüqar Bayramov təklif edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınması vacibdir:

“Əvvəlla, əmək pensiyasının sığorta hissəsi ya infilyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, infilyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi infilyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu indeksasiya məbləğinə birbaşa təsir göstərək meyardır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər