16 Avqust 2019 23:26
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd il öncə İstanbulun Üsküdar bölgəsində əsrarəngiz bir məscidin açılışı oldu. Mərmərə Universiteti İlahiyyat Fakultəsi Məscidi adlanan bu memarlıq əsərinin müəllifi Hilmi Şenalpdır. Məscid önündəki meydan və mədəniyyət mərkəzi ilə birlikdə 30 min kv.m-lik ərazini əhatə edir. 4500 nəfərin ibadət etməsi mümkündür.

Məscidin mədəniyyət mərkəzinin tərkibində dərs evləri, konfrans salonları, kitabxana, sərgi yerləri və s. yerləşir.

Məscidin mehrabı, minbəri və kürsüsü təbii daşdan hazırlanıb.

Məscidin qübbə hündürlüyü 34.7 metr, minarə hündürlüyü 57.8 metrdir.

Məscid 2015-ci il oktyabr ayının 23-də Prezident Ərdoğanın iştirakı ilə açılıb. Burada yerləşən əvvəlki məscid zəlzələ təhlükəsinə görə sökülüb.

Teleqraf.com əməkdaşının əsrarəngiz məsciddən çəkdiyi fotoşəkilləri təqdim edirik:


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər