12 Sentyabr 2014 19:15
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsəri” adlı sənədli filminin ingilis dilində hazırlanması ilə bağlı layihə başa çatdırılıb.

Layihəni həyata keçirən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun Teleqraf.com-a verdiyi məlumata görə, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, layihə çərçivəsində “Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film çəkilib:

“Filmdə məqsəd bu gün erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bugünkü taleyi fonunda bu problemin dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırılması olub. Musiqi və sənət əsərləri haqqında hazırlanmış film Qarabağın mədəni tarixinin Azərbaycan mədəniyyətində oynadığı rolunu dünya ictimaiyyətinə çatdırmağa səy göstərilib. Eyni zamanda filmdə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olmasını diqqətə çatdırmaq, Qafqazın mədəniyyət ocağı olan Azərbaycanın ayrılmaz bölgəsi Qarabağın mədəniyyətimizdə tutduğu mövqeyin dünyaya yayılmasına çalışılıb”.

Xatırladaq ki, SİMİB buna qədər üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını və ingilis dilində "Qafqazın konservatoriyası" filmini hazırlayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər