19 Avqust 2019 15:52
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlim çərçivəsində “həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra olunacaq.

Təlim avqustun 24-dək davam edəcək.


Müəllif: Teleqraf.com