12 Sentyabr 2014 17:13
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov 9 oktyabr - Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 140-cı ildönümünün təntənəli keçirilməsi ilə əlaqədar Tədbirlər Planını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, tədbirlər planında oktyabrın 9-da ÜPİ-nin yaranmasının 140-cı ildönümü münasibəti ilə “Azərpoçt” MMC-də xüsusi tədbirin keçirilməsi, TV kanallarında veteran poçt işçilərinin iştirakı ilə verilişlərin təşkili və tədbirlə əlaqədar görülən işlərin KİV-də işıqlandırılması, Azərbaycan poçtunun ÜPİ və digər beynəlxalq poçt təşkilatları ilə əlaqələrinin inkişafında xüsusi fərqlənən əməkdaşların RYTN tərəfindən mükafatlandırılması nəzərdə tutulur.

Eyni zamanda oktyabrın 1-dək ÜPİ-nin üzvü olan ölkələrə və ÜPİ-nin qərargahına bayram münasibəti ilə təbriklərin göndərilməsi, oktyabrın 3-də MMC-nin tabeli müəssisələrinin binalarında və onların ətrafında səliqə-sahman, abadlıq yaradılması məqsədi ilə iməcliklərin keçirilməsi, oktyabrın 9-dək tabeli müəssisələrdə toplantıların keçirilməsi, poçt şöbələrində və bir sıra ictimai yerlərdə “9 oktyabr - Ümumdünya Poçt günüdür” sözləri yazılmış plakatların asılması, bayram münasibəti ilə “Azərpoçt” MMC-də əl işlərindən ibarət sərginin təşkili planlaşdırılır.

İlhamə


Müəllif:

Oxşar xəbərlər