“Azərişıq” ASC-nin idarəsində oğurluq qeydə alınıb.
Şirvan şəhər sakini Telman Cəfərov Şirvan Şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, işlədiyi “Azərişiq” ASC-nin Şirvan Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində ona məxsus mobil telefon oğurlanıb. O, oğurluqda iş yoldaşı R.Musayevdən şübhələndiyini bildirib.
Faktla bağlı araşdırma aparılır./report/