23 Avqust 2019 09:34
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Samux, Qobustan rayonlarında və Gəncə şəhərində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün səhər saat 09:00-dan Qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Bundan əlavə, saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10.00-dan 16:00-dək isə Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.


Müəllif: Teleqraf.com