24 Avqust 2019 08:35
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Duzlu gölün ərazisinə daxil olmaq üçün məcburi şəkildə bir manat ödəməlisən. Pulu ödəməyən sürücülərin avtomobili isə əraziyə buraxılmır. Hətta bununla bağlı giriş hissəyə lövhə də vurulub.

Sürücülər həmin əraziyə nəzarət edən şəxsdən ödədiyi pula görə qəbz tələb etsələr də o, qəbzi verməkdən imtina edir.

Söhbət Paytaxtın Suraxanı rayonu Qum adasının yaxınlığında yerləşən duz gölündən gedir. Elə ərazidə çəkiliş apardığımız zaman da bunun şahidi olduq. Gördüyünüz bu şəxslər gölə gələn hər bir maşına yaxınlaşıb sürücülərdən 1 manat tələb edirlər. Bu isə gölə istirahətə gələn vətəndaşların narazılığına səbəb olur.

Vətəndaşlardan qanunsuz pul yığan nəzarətçi isə etdiyi əmələ haqq qazandırmağa səbəb də tapdı. O, pulun göl ərazisində təmizlik yaradılması məqsədi ilə yığıldığını bildirsə də bura gələn vətəndaşlar bunun əksini bildirdilər.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və humanitar şöbəsinin müdiri Barxudar Barxudarov ''Xəzər Xəbər''ə bildirdi ki, həmin göldən vətəndaşların istifadə etməsi qadağandır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət də olunub. Gölə giriş üçün 1 manat pul yığılması məsələsinə gəlincə isə, Barxudar Barxudarov həmin ərazinin özəl olduğunu və bununla bağlı obyekt sahibinin məsuliyyət daşıdığını bildirdi. Qeyd edək ki, hər il duzlu göldən istifadə üçün qanunsuz pul yığılması ilə bağlı sujet təqdim etsək də, hələ də problem həll olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər