30 Aprel 2014 18:55
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda ulturasəs müayinəsi vasitəsilə dölün cinsiyyəti məlum olduqdan sonra abort etmək olmaz. Odur ki, bunu həyata keçirilənlər məsuliyyətə cəlb oluna bilər. Bununla bağlı “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində xüsusi maddə yer alıb".

Teleqraf.com bildiri ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Çində ultrasəs aparatının olmadığını misal çəkən komitə sədri bildirib ki, orada əhalinin 60 %-ni oğlan, 40 %-ni isə qızlar təşkil edir: "Hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur".

Dölün cinsinin müəyyən etmək üçün ulturasəs müayinəsinin qadağan olunun-olunmaması məsələsinə toxunan H. Rəcəbli qeyd edib ki, ultura səs müayinəsi qadağan olunmaya bilər, ancaq cins məlum olduqdan sonra abortun qarşısının alınması məsələsi daha da sərtləşdiriləcək: "Cinsiyyətə görə abort etdirənləri məsluliyyətə cəlb etmək və digər addımlar atılacaq ki, bu cür halların qarşısı alınsın".

Millət vəkili Məlahət Həsənova da bu problemin getdikcə ciddi xarakter aldığını diqqətə çatdırıb: "Statistikaya əsasən 7-yaşına qədər olan oğlan və qız uşaqlarının sayında fərqlər hiss olunur və bu fərqin getdikcə daha da artacağı ehtimal edilir. Əksər qadınlar dölün qız olması məlum olandan sonra hamiləlikdən imtina edir. Buna görə də cinsə görə ulturasəs müayinəsinin qarşısının alınması istiqmətində maarifləndirmə işlərinin aparılması vacibdir.


Müəllif:

Oxşar xəbərlər