26 Avqust 2019 14:44
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Google Photo” servisində istənilən şəkildə mətnləri axtarmağa imkan verən (OCR) simvollarının optik tanınması funksiyası tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bu imkan bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacaq.

“Google Photo” servisi istənilən çap mətnini onun ölçüsündən və ya yerləşmə bucağından asılı olmayaraq tapa bilir.

Tapılmış fraqmenti bir düyməyə sıxmaqla köçürmək mümkündür. OCR funksiyası həm “Android” və “iOS” üçün tətbiqlər, həm də veb kliyentdə əlçatan olacaq.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər